Anlıq mesajlaşma xidməti “WhatsApp”ın dünya miqyasında 1,5 milyard nəfər istifadəçisi var.


Facemark.az xəbər verir ki, bu barədə “Facebook”un 2017-ci ilin 4-cü rübünə aid olan statistik hesabatında qeyd edilib.


Hesabata görə, 1,5 milyard “WhatsApp” istifadəçisi gündə 60 milyard mesaj göndərib.


Qeyd edək ki, 2014-cü ildə “Facebook” “WhatsApp”ı 19 milyard dollara almışdı. Elə həmin ildə “WhatsApp”ın 450 milyon aylıq, 315 milyon da istifadəçisi mövcud idi. Ekspertlər isə düşünürdü ki, “Facebook”un həmin ildə “WhatsApp”ı almaq üçün ödədiyi məbləğ astronomik göstərici idi.


Ancaq bu gün anlaşılır ki, “WhatsApp”a investisiyanın qoyulması doğru addım idi. Bu investisiya ilə “Facebook” mesajlaşma dünyasının demək olar ki, hamısını əlində cəmləşdirib. Belə ki, “Facebook”un messenger xidmətindən isə 1,3 milyard nəfər istifadə edir.