Ötən ilin oktyabr-dekabr dövrü ilə üst-üstə düşən yeni maliyyə rübünün ilk rübündə “Apple” gəlirlər rekordu qırıb. “iPhone X”in satışları isə ekspertlərin gözlədiyi rəqəmlərə çatıb.


Facemark.az xəbər verir ki, şirkətin açıqladığı hesbata görə, üç aylıq gəlir 88,3 milyard dollar olub. Bu rəqəm, bir il öncəki ilin eyni dövr ilə müqayisədə 13% artım müşahidə edilib.


Şirkət həmçinin, 2018-ci ilin yanvar-mart ayları dövründə gəlir gözləntisi 60-62 milyard dollar civarında olduğunu açıqlayıb.


“Apple” ilk rübdə, gündə təxminən 849 min 600 “iPhone” satıb. Bu da saniyədə 10 telefon satışına bərabərdir. 2017-ci ilin ilk rübün hesabatına görə, günlük “iPhone” satışı 798 min 877 olub.


“Apple”ın CEO-su Tim Kuk nəticələri dəyərləndirib. Kuk, bir telefon seriyasından qazanılan ən böyük gəlirə çatan “iPhone X”dən əldə edilən mənfəət və böyük miqyasda artım hesabına, “Apple” tarixinin ən yaxşı rübünü başa çatdırdığını deyib.


“iPhone X”in gözləntilərinin üzəridə satdığını deyən Kuk, yanvar 2018-ci ildə cihazlardakı aktiv quraşdırılmış sistem sayının 1,3 milyarda çatdırdığını bildirib.