“Nokia”nın uğursuz “Windows” riski, şirkəti riskə atmağın təhlükələrini təsirli bir şəkildə ortaya çıxarır.
Facemark.az xəbər verir ki, “Nokia”nın 1999-cu ildə bazardakı səhmlərinin dəyəri 200 milyard avro (təxminən 250 milyard dollar) olub.
Bu göstərici ilə o Avropanın ən dəyərli şirkəti hesab olunurdu. Sonrakı 10 il ərzində isə şirkət qlobal mobil telefon sektorunun istiqamətini müəyyən edirdi. 2010-cu ildə “iPhone”un bazara təqdim edilməsindən 3 il sonrada “Nokia” hələ də “ağıllı” telefon bazarının 37%-ni əlində saxlayırdı. Ancaq uğursuz qərarların qəbul edildiyi 10 il içərisində şirkət uçuruma doğru gedirdi. Şirkət “Nokia”nın əməliyyat sistemi “Symbian”ı, “Apple”ın İOS-u, “Google”un “Android ilə rəqabət ediləbiləcək səviyyəyə çatdırmaqda gecikdi və uğursuz oldu. Üstəgəl, “Nokia” ABŞ-ı əhəmiyyətli “ağıllı” telefon bazarı olaraq yüksəlmədən öncə tərk etdi.
“Nokia”nın satışları və bazar dəyərinin düşməsindən sonra isə, şirkətin CEO-su Stephen Elop 2011-ci ildə belə bir etiraf etmişdi:
“Geridə qaldıq, böyük trendləri izləyə bilmədik, vaxt itirdik”. Bu açıqlamadan sonra isə, Elop “Nokia”nın gələcəyini, köhnə şirkəti “Microsoft” ilə davam etdirəcəyi ilə bağlı qərar qəbul etdiyini açıqladı.
O, “Andorid” tətbiqetməsinə qoşulmaq, çoxlu əməliyyat platformaları üçün yeni telefonlar istehsal etməyin əvəzinə, “Windows”a əmanət edərək “Nokia”nı inkişaf etdirə biləcəyinə inanırdı. On ay içində isə Elopun qərarının fəlakət olduğu anlaşıldı. “Nokia”nın “Symbian” telefonlarının satışları düşdü, şirkətin “Windows” telefonları uğursuz oldu. 2013-cü ildə isə “Nokia” bazarın cəmi 4%-dən daha azını qazana bilmişdi. Satışlar düşdü, zərər artdı, Elopun qərarını elan etməsindən dərhal sonra “Nokia”nın bazar dəyəri təxminən 90% gerilədi və 4 (5,2 milyard dollar) milyard avroya düşdü.
Artıq 2013-cü ilin sentyabr ayına gələndə, Elop çarəsiz şəkildə “Nokia”nın “ağıllı” telefon bazarını 5,4 milyard avroya (7 milyard dollar) “Microsoft”a satdı.
Xatırladaq ki, əfsanəvi modeli 2017-ci ildə yenidən inkişaf etdirilib. Yenilənmiş “Nokia” 3310-un birinci versiyası yalnız GSM (2G) ni dəstəkləyirdi. Payızda isə 3G versiyası bazara təqdim edilmişdi. Yaxın günlərdə isə açıqlandı ki, “Nokia”nın 3310 modeli 4G xidmətini əldə edib.
