“Apple” cari ilin yanvar-mart aylarında növbəti “iPhone X”in istehsalını davam etdirməyi planlaşdırırdı. Amma aşağı tələbatdan dolayı istehsal 2 dəfə azaldılacaq.
Facemark.az xəbər verir ki, şirkət birinci rübdə 40 milyon yerinə, 20 milyon “iPhone X” istehsal edəcək. “Apple” artıq bu barədə tədarükçüləri məlumatlandırıb.
Plandakı dəyişiklik isə, ABŞ, Avropa, Çin bazarında aşağı tələbatdan dolayı edilib.
Bildirilib ki, “iPhone 8” və “iPhone 8 Plus”un daha ucuz modellərinin istehsalı yanvar-mart aylarında təxminən 30 milyon ədəd səviyyəsində qalacaq.
İstehsalda azalmanın olması qadcetin detallarını çatdıran şirkətlərə mənfi təsir edəcək. Bunlar isə əsasən yapon şirkətləri “Murata Manufacturing”, “Kyocera”, “Sony” və “TDK” olacağı gözlənilir.
Xatırladaq ki, “iPhone X”in satışlarının başladığı 2017-ci iin noyabr ayında istehsalçılar sifarişləri çatdırmaqda çətinlik çəkirdilər, bu gün isə anbar adıçəkilən texnika ilə doludur.
Qeyd edək ki, daha əvvəl isə bildirilirdi ki, Çin bazarında aşağı tələbatdan dolayı “iPhone X” yay aylarında tamamilə bazardan çıxarılacaq.