2017-ci ildə “Facebook”un reklamdan gəlirləri 2016-cı illə müqayisədə 49% artaraq 39,9 milyard dollara çatıb.
Facemark.az şirkətin hesabına istinadən xəbər verir ki, 2017-ci ilin dördüncü rübündə reklamdan gəlirlər 2016-cı illə müqayisədə 48% və ya 12,8 milyard dollara qədər böyüyüb.
Şirkətin ümumi gəlirləri isə ötən il 40,6 milyard dollara çatıb. 2016-cı ildə isə bu rəqəm 27,6 milyard dollar olub.
“Facebook”a hər gün aktiv 1,4 milyard istifadəçi daxil olub, bu göstərici bir öncəki ilə görə 14% artıb. Ekspertlər isə deyir ki, bu isə son iki ilin dördüncü rübünə görə, ən aşağı göstərici hesab olunur.
2017-ci ilin 4-cü rübündə istifadəçilərin günlük olaraq platformada keçirdikləri ümumi vaxt da azalma qeydə alınıb. Nəticədə, “Facebook” abunəçilərinin əvvəlki illərlə müqayisədə 50 milyon saat daha az vaxt keçirdib.
Saytda keçirilən vaxtda azalma isə “Facebook”un təbliğat vasitəsi olaraq göstərilməsi, yalan xəbərləri, sosial media asılılığının xəbərdarlığının artırılmasının nəticəsi olaraq şərh edilib.
“Facebook” gəlirlərində artım müşahidə edilir, amma sayta daxil olanların sayının azalması isə reklamverənləri narahat edəcəyi proqnozlaşdırılır.
“Facebook”un aylıq auditoriyası ötən ilin sonuna 2,1 milyard nəfər təşkil edib. Bu isə 2016-cı ilin dekabrın 31-i ilə müqayisədə 14%-lik artım deməkdir. İlin sonuna qədər isə platformanın xalis mənfəəti 56% artaraq 15,9 milyard dollara çatıb.
Beləliklə,
- Günlük aktiv istifadəçilərin sayı 1,4 milyard nəfər ( ekspertlərin gözləntisi 1,41 milyard nəfər olub);
- Aylıq aktiv istifadəçi sayı ekspertlərin gözlədiyi kimi 2,13 milyard nəfər
- Səhm üzrə mənfəət 1,44 dollar
