Əminəm ki, Azərbaycandan da kimsə Banu Berberoğlu adlı türk “YouTuber”in platformada olan kanalına bir dəfə də olsun baxıb.
Facemark.az xəbər verir ki, Türkiyə mətbuatı yazır ki, B.Berberoğlu təkcə dekabr ayında “YouTube” onun hesabına nə az, nə çox düz 42 000 TL (11 210 dollar və ya 20 000 manat) pul köçürdüb.
Onun “YouTube” kanalını izləyənlərin əksər hissəsi daim eyni kontentin olmasından narazılıq edirlər. Hətta iş o yerə çatıb ki, türklərin bir qismi onu təhqir belə edib.
O isə platformadan hesabına pul köçürüldükdən sonra, sosial şəbəkələdə belə bir paylaşım edib: “Siz məni məsxərəyə qoydunuz. Amma bu gün “YouTube”dan hesabıma 42 000 TL köçürülüb. İndi deyin görək kim yazıqdır?”.
Hazırda onun “YouTube” kanalında 290 minə yaxın abunəçisi var. O, deyir ki, nə olursa, olsun heç vaxt “YouTube”u bağlamayacaq.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatı maraqlı bir problemə toxunmuşdu. “Onlar vergi ödəmədən sosial mediadan gün keçdikcə qazancına qazanc qatır. Əyləncəli və yumoristik videolarla lüks evlərdə, bahalı avtomobillərdə zəngin həyat tərzi keçiriən fenomenlər, internet üzərindən istədikləri videoları paylaşa bilirlər”, - deyə Türkiyə mətbuatı qeyd edirdi.
“Kanallarında vulqar videolar yayımlayan fenomenlər, şəxsi hesabları ilə “YouTube” ilə əməkdaşlıq edərək vergisiz qazanc əldə edirlər. Bir videodan milyonlarla lirə pul qazanan “YouTuber”lar vergi ödəmədiyi özəlliklə “YouTube” üzərindən qazanan gəlirlər üçün şəxsi hesabları üzərindən pul köçürdülməsi edərək vergidən yayındığı bildirilir. Hətta bu vergidənyayınmanın hər il milyardlarla lirə olduğu deyilir”, - deyə məqalə müəllifinin iddiasında qeyd edilirdi.
