Bezmiş qadının qəzəbi


“Great Guns” reklam agentliyinin “Volvo” üçün hazırladığı son reklam filmi yaradıcılığı ilə diqqət çəkir. Çarx “The Goldman Brothers”in “Call My Name” mahnısından ilham alınaraq çəkilib. Video klip tərzində olan çarxda “stop motion” texnikasından da istifadə edilib. Reklam çarxının rejissoru kürsüsündə isə Tal Zagreba əyləşib.



“New York Times”: Həqiqəti demək çox sadədir


Son dövrlər “post-truth” üzərində düşündürücü reklamlara imza atan “New York Times” yenə maraqlı reklam ilə oxucuların qarşısına çıxıb. Reklam çarxı “Droga5” agentliyi ilə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib. “He said, she said” adlı reklam filmi minimalist dizaynı ilə də marağa səbəb olub. Kampaniyada “New York Times” vurğulamaq istəyir ki, həqiqəti çox sadə şəkildə danışmaq olar. Qəzet, həmçinin son dövrlər Hollywoodda səs-küyə səbəb olan cinsi təcavüz qalmaqallarına da “söz atır”.



Qorxularınızla üzləşməyə hazırsınız?


Amerikanın sığorta şirkəti “Turbotax” “Closet” adlı son reklam filmi ilə yetkin insanların kabusu ilə uşaqların kabusunu müqayisə edir. Reklam məşhur agentlik “Wielden + Kennedy” tərəfindən hazırlanıb.



Pərəstişkarı olduğunuz futbol klubunu pul qarşılığında dəyişərsiniz?


Almaniyanın ilk futbol liqası “Bundesliga” maraqlı reklam filmi ilə ölkə miqyasındakı bütün pərəstişkara səslənib. Reklam çarxı “Transfer A Fan” adını daşıyır. Almaniyanın ən böyük futbol komandalarından olan “Mönchengladbach”, “Borussia Dortmund” ve “Bayern Münichin” tərəfdar qrupu liderləri gizli otağa çağırılır. Hər birinə böyük miqdarda pul qarşılığında rəqib komandanın tərəfdarı olması təklif edilir. “Duval Guillaume” reklam agentliyi tərəfindən “Bundesliga” üçün çəkilən reklam filmi pərəstişkarların xarakterini analiz edir.



Matthew McConaughey ideal ritmi tapdı


Nyu-Yorkun reklam agentliyi “Hudson Rougen”in “Lincoln Motor Company”i üçün hazırladığı reklam filmində məşhur aktyor Matthew McConaughey tamaşaçıların qarşısına çıxır. Xarizmatik aktyor son model Lincoln avtomobilində qatarın keçməsini gözləyərkən sıxılır və çarəni sükana vurmaqla səs çıxartmaqda görür. Məşhur ulduzun çıxartdığı ritm təbiətdəki səslərlə də birləşir və ortaya mükəmməl harmoniya çıxır. Reklam filmi avtomobil markası “Lincoln”un məşhurlardan istifadə edərək TV spotları seriyasının bir hissəsidir.