Rusiyada bu il rəsmi olaraq qeyd olunan və 3 gün davam edən “Cyber Monday” (Kiber Bazarertəsi) həftəsi çərçivəsində onlayn mağazaların satışları ötən illə müqayisədə 16 dəfə artıb.
Facemark.az xəbər verir ki, bu barədə TASS “Yandex. Money”in hesabatına istinadən xəbər verir.
İstehlakçıların sayı isə, nə az, nə çox düz 2 dəfə artıb. Analtiklərin qiymətləndirməsinə görə, “Cyber Monday” həftəsi çərçivəsində ən populyar malların siyahısına ənənəvi olaraq məişət texnikası, elektronika, kosmetika daxil olub. Aksiya ərzində “Eldoradoda” intenet üzərindən satışlar 10% yüksəlib.
Keçən illə müqayisədə sayta trafikin həcmi 35%, təxminən qəbz 10% artaraq 9 min rubla (273 manat-red.) çatıb. İstehlakçılar arasında isə, ən çox təlabat televizor, smartfon və soyuducuya olub.
“M.Video”dan da bildiriblər ki, aksiya çərçivəsində onlayn mağazalarına trafikin həcmi 30% artıb. Bu il ərzində istehlakçılar ötən illə müqayisədə 2 dəfə çox alış-veriş ediblər.
Ən çox, smartfon, televizor, aksessuarlar (məsələn qulaqcıq), ev və mətbəx üçün tozsoran, blender, mikrodalğalı soba, hava təmizləyici qurğular və s. tələb olub.
Rusiyada aksiya yanvarın 29-dan 31-dək davam edib, amma bəzi pərakəndə şirkətləri aksiyanın vaxtını uzadıblar. Ümumilikdə isə aksiyaya 100-ə yaxın internet-mağaza qoşulub.
Qeyd edək ki, ənənəvi olaraq isə bu aksiya ABŞ-da Şükran günü ilə Yeni il arasında qalan müddətdə qeyd olunur.