“Nokia”nın 3310 modeli 4G versiyasını əldə edib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni model Çin bazarında satışa çıxarılıb, amma gözlənilir ki, beynəlxalq bazara Barselonada təşkil ediləcək “MWC 2018” sərgisində təqdim ediləcək.
“Nokia” 3310 4G nin əvvəlki versiyaları ilə müqayisədə bir az daha böyük və yüngüldür. Telefon dördüncü nəsil şəbəkələri dəstəkləyir (LTE) və Wi-Fi giriş nöqtəsi ola bilər. Ekran, kamera parametrləri digəri versiyasında olduğu kimi eyni qalıb. Mobil telefonun 256 MB əməliyyat və 512 MB daxili yaddaş kartı var.
Xatırladaq ki, əfsanəvi modeli 2017-ci ildə yenidən inkişaf etdirdilər. Yenilənmiş “Nokia” 3310-un birinci versiyası yalnız GSM (2G) ni dəstəkləyirdi. Payızda isə 3G versiyası bazara təqdim edilmişdi.

