İsveç markası “Volvo” XC40 modeli avtomobili üçün yeni reklam çarxı çəkib.
Facemark.az xəbər verir ki, “Creativity” yazır ki, “Volvo” yeni modeli olan XC40-ı önə çəkir və vurğulayır ki, onu kirayə etmək almaqdan daha rahatdır.
“Care by Volvo” XC40 modeli üçün onu almadan bir il ərzində istifadəsinə icazə verən kampaniyadan bəhs edir.
Eyni zamanda, marka musiqi xidmətlərinə abunə olmaq kimi bir sıra əlavə xidmətlər də təklif edir. Bir ildən sonra belə siz eyni şərtlərlə yeni XC40 avtomobilini kirayə götürə bilərsiniz.
Reklam çarxını “Forsman & Bodenfors” reklam agentliyi ərsəyə gətirib. Reklam filmi sərhədsiz istehlakın bütün dəhşətlərini göstərir. Sonda reklam çarxı bu sloqanla bitir: “Əgər, əşyalara sahib deyilsinizsə, onlar sizə aid deyil”.
Videoda İsveç müğənnisi Cenni Abrahamsonun (Jennie Abrahamson) “My Favorite Things” mahnısı səslənir. Mahnı “Spotify” musiqi platformasında “Volvo”nun yeni reklamının bazara çıxarılmasından qısa müddət əvvəl təqdim edilmişdi.