“Airbnb” və “eBay” kimi şirkətlər tez-tez reklamların test edilməsi üçün “Facebook”dan istifadə edirlər.


Facemark.az xəbər verir ki, “Business Insider” yazır ki, marketoloqlar isə auditoriyanın müxtəlif seqmentlərini hədəf alan fərqli reklam formaları yaradır və daha sonra nəticəyə uyğun olaraq da büdcə müəyyən edirlər.


Bu isə markaların müəyyən test və yoxlama qruplarından istifadə edərək kampaniyanın və ya kanalın fidbək (geridönüşünü) ölçməyə imkan verir. Bir sıra təhqiqat şirkətləri də bu fikirdədir ki, reklamın faydalılığını və müştərilərdən gələn geridönüşləri ölçmək üçün “Facebook” da daxil olmaqla, digər sosial şəbəkələr əla meydançadır.


Bu sadəcə şəffaflığı artırmaq üçün təşəbbüs deyil, həmçinin sosial şəbəkələr şirkətlərə o imkanı verir ki, onlar investisiya gəlirinin və reklamı satışa təsirini daha düzgün qiymətləndirə bilsinlər. Məsələn, “Airbnb” öz marketinq büdcəsini idarə etmək üçün mütəmadi olaraq sosial şəbəkələrin təklif etdiyi statistika, analizlərə üstünlük verir.



Amma iki əvvəl isə, şirkət testləri strategiyasının bir hissəsinə çevirib. Auditoriya və platformaya bağlı olaraq reklamçılığın necə işldiyini öyrənmək marketinq alətlərini daha savadlı yönləndirməyə və daha effektli format və strategiyalara üstünlük verməyə kömək olur. İndi belə monitorinq “Airbnb”də adi təcrübələrdən biridir. Belə üsullardan şirkət qısamüddətli planlaşdırma üçün istifadə edir. “Airbnb”ın məlumat və analiz məsələləri üzrə rəsmisi Alok Qupta deyir ki, “Facebook”da reklamverənlər dəqiq bilməlidirlər ki, sosial platformaya qoyulan hər dollar biznesə nə qədər gəlir gətirəcək.


“Facebook” şirkətlərin məhsullarını 2 milyard insana çatdırılmasını təmin etməyə hazırdır. Sosial şəbəkə iddia edir ki, reklamverənlər platformanın imkanlarından istifadə etməklə bir il ərzində yoxlamaların keyfiyyətini 40% artıra biliblər. “Airbnb” dən iddia edirlər ki, son 18 ayda analizlərdə yeni yanaşmanın tətbiq edilməsi keyfiyyəti 10 dəfə artırıb: “Bu təkcə, statistika ilə məşğul olanlar üçün deyil, həmçinin marketoloq, yaradıcı komanda, istehsalçılar üçün də vacibdir”.



Daha belə faydalı test isə “eBay” də müşahidə olunur. Şirkət nümayəndəsi bildirir ki, büdcənin analizi markayla kommunikasiyanın başqa növlərini təkrar gözdən keçirməyə icazə verir — e-mail, bannerlər və kontekst göndərilməsini və s.


Müxtəlif strategiyaların effektivliyi haqqında məlumatlardan istifadə edərək elan verən ən yaxşı, hədəf auditoriyanın davranışlarına uyğun olan sxemi seçə bilər.