“Amazon”un “Alexa” məhsulu haqqında çəkdiyi “Super Bowl” adlı reklam çarxında şirkətin rəhbəri Ceff Bezos da iştirak edib.


Facemark.az xəbər verir ki, 30 saniyəlik reklam çarxı “Amazon”un səsli assistantı “Alexa”nın səsini itirməsi ilə başlayır. Daha sonra məlum olur ki, bu fəlakət dünya miqyasında müşahidə edilir.


C.Bezos isə reklam çarxında narahat və qayğı dolu: “Alexa səsini itirdi? Bu necə ola bilər axı?”, - deyə soruşur. “Amazon”un rəsmisi rolunda çıxış edən qadın isə deyir: “Lazım olan müdaxiləni etdik”. C.Bezos isə narahat tərzdə əlavə edir: “Bunun işə yarayacağına əminsinizmi?”.



Amazon Alexa Google Home-un ən böyük rəqibidir


Reklam çarxı “Amazon”un yaradıcı komandası “D1 ve TBWA Worldwide”a bağlı olan Londonun “Lucky Generals” reklam agentliyi ilə əməkdaşlığı nəticəsində meydana gəlib. Reklam çarxı “YouTube” sosial platformasında yanvarın 26-da yerləşdirilib. 4 gün içində isə 4,1 milyon nəfər baxış sayı toplaya bilib.


Qeyd edək ki, “Amazon” ən böyük onlayn satış saytıdır. Adını “Amazon” çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün “Amazon” qoyub. C.Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə öncə kitab sataraq başlamışdır. Hazırda isə “Amazon.com”da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır.