Ötən ilin oktyabrında təqdim edilən “Google”un süni zəkaya sahib olan “Clips” kameraları satışa çıxarılıb.


Facemark.az xəbər verir ki, “Google”un maraq doğuran yeni kamerası 249 dollara satılacaq.


Cihazı indi almaq istəyənlər isə gözləyənlərin siyahısına əlavə edilir. Yeni məhsulu almaq üçün sifariş edənlər fevralın 27-dən martın 5-dək gözləməli olacaqlar.



“Google Clips” 12MP-lik kamerası ilə ətrafı bütünlüklə görə bilmək funksiyasına sahibdir. Saniyədə 15 kadr çəkə bilən “Clips” hər süni zəkaya sahib olan cihaz kimi öyrənə bilmək özəlliyinə malikdir.


Bir müddətdən sonra cihaz istəklərinizə uyğun olaraq iş prinspini müəyyən edə və əhəmiyyətli anları qeyd edə bilir.



Qeyd edək ki, “Clips” maraqlı gördüyü fotoların şəklini çəkir və sahibinin isə bundan xəbəri olmur. Cihazın təqdimatı ağıllarda bir neçə sual yaradır. İnsanlar düşünür ki, “Clips” şəxsi həyatın toxunulmazlığı prinspini tamamilə pozacaq. Hətta “Space X” kosmik şirkəti və elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla”nın rəhbəri İlon Mask “Twitter”də belə bir tvit atmışdı: “Bu (Clips) heç də məsum görünmür”.