Modern dövrün xəstəliklərindən biri olan “Nomofobiya”dan əziyyət çəkən insanların sayı davamlı olaraq artır.


Facemark.az xəbər verir ki, Türkiyənin nevroloq-həkimi Mehmet Yavuz deyir ki, “nomofobiya” xəstəliyinə tutulan insanlar cib telefonundan uzaq qalmaq qorxusu yaşayırlar. Texnologiyanın insanlara təklif etdiyi yollarla rahat alış-veriş edə, onlayn qəzet oxuya, qeydlərinizi cib telefonunuzda yaza bilərsiniz.


Bütün bu əməliyyatları elə də uzağa getmədən bir toxunuşla etmək mümkündür. Nomofobiya xəstələri telefonları bağlı qaldıqda və onu tapa bilməyəndə narahatlıq keçirməyə başlayırlar.


İşin ən pis tərəfi odur ki, uşaqların telefondan istifadə etmə yaşları aşağı düşdüyündən dolayı, onlar da bu xəstəlikdən əziyyət çəkənlərin sırasına daxil olublar.


Bu xəstəlik gəncləri, həm sosial fəaliyyətdən uzaqlaşdırır, həm də psixoloji problemlərə səbəb olur. Nomofobiyanın artması nəticəsində insanda depressiya yaranır, qəzəb hissləri çoxalır və s.


“Nomofobiya”nın əlamətləri


- Telefonunuz yanınızda olsa belə, daim onu yoxlayarsınız;


- Telefon çanta və ya cibinizdə olanda belə “çalar eşitmərəm” deyirsinizsə;


- Telefonunuzun şarjı az olduğuna görə sönəndə, internet və zəng xidmətindən istifadə imkansız olanda çox hislənirsinizsə;


- Telefonunuzun qapalı olmasını lazım olan yerlərdən təyyarə, kino, teatrdan uzaq qaçırsınızsa;


- Telefonu heç vaxt bağlı saxlamır və həmişə yanınızda gəzdirirsinizsə;


- Zəng və mesaj gəlməsə belə, daim cib telefonunuzu yoxlayırsınızsa;


Təssüflə deməliyik ki, əgər bu əlamətlər sizdə də müşahidə olunursa, “nomofobiya”xəstəliyinə tutulmuş ola bilərsiniz.


Xəstəliyin ilk mərhələsində “nomofobiya”dan əziyyət çəkdiyinizi qəbul etməlisiniz. Daha sonra isə həkimə getməli və lazım olan məsləhətləri almalısınız. Məsələn, həkiminiz sizə aşağıda qeyd edəcəklərimi tövsiyə edə bilər:


- Cib telefonunuzdan bir müddət uzaq durun;


- Yatan vaxtı telefonuzu yastığın altına, ya da yanına qoymaq yerinə özünüzdən uzaq tutun;


- Telefonuzun səsini açın. Beləcə mütəmadi yoxlamaq kimi vərdişinizdən uzaqlaşın.


Yadda saxlayın, telefon əyləncə vasitəsi görünsə də əslində, çox məna ifadə edir. Əgər şüurlu şəkildə telefondan istifadə edilməsinə sərhəd qoymazsanız, bu halda modern xəstəliklərdən biri olan “nomofobiya”ya tutula bilərsiniz.