Ukraynalı müğənni, prodüser, DJ İvan Dorn hələ ötən il özünün ingilis dilində “Open The Dorn” adlı albomunu ərsəyə gətirmişdi.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu il isə qərar alınıb ki, alboma daxil olan “Preach” mahnısı üçün qeyri-adi klip çəkilsin.
Musiqili videonun çəkilməsi isə sadəcə “ağıllı” telefonu üzərindən edilib.
İ.Dornun bu cəsarətli addımı “Samsung” YouTube TV kanalını tanıtmaq istəyən qurumların da diqqətini çəkib: Kanalda yayımlana videoya isə belə ad qoyulub İvan Dornun smartfonu ilə çəkilmiş klip.
“Samsung”un YouTube TV layihəsi üçün çəkilən kliplər ötən ildən bəri sosial platformanın istifadəçilərini sözün əsl mənasında təəccübləndirməyi bacarmışdı.
Bu ideya təsadüfən yaranmayıb. İ.Dorn əvvəlki açıqlamalarında demişdi ki, o, özünə belə absurd gələcək yenilik etməkdən qorxmur.
“Fikirləşməzdim ki, bir gün smartfonun kamerası ilə çəkilmiş klipə sakit tərzdə oturub baxacam. Əvvəl olsa deyərdim ki, bu axmaqlıqdır. Amma bu klip haqda belə deməzdim”, - deyə müğənni bildirib.
Qeyd edək ki, çəkilişlər ABŞ-ın Nyu-York şəhərində, “Samsung” Galaxy 8 Note telefonunun kamerası ilə aparılıb. Klipin istehsalı prosesində “Red Pepper Film”, “Cheil Russia” və “Zebra Hero” agentlikləri iştirak edib. Nyu-Yorkda çəkilişlər ilə isə “Feel Good Video” studiyası məşğul olub.


