İsveçin mebel istehsalçısı olan nəhəng şirkəti “Ikea” Ledi Qaqa tərzində olan məhsulunun reklamını edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dizayn Ledi Qaqa ilə əməkdaşlıq etmiş İsveç stilisti Bea Okerlund tərəfindən hazırlanıb.


B. Okerlund Vogue dərgisinə açıqlamasında isə deyib ki, o lazım olan dizaynı yaratmağı bacarıb.


Stilist inandırır ki, yeni kolleksiyanı insanlar markanın bu günə qədər bazara təqdim edəcəyi ən çılğın yenilik adlandırıblar.


Yeni kolleksiyada siz qırmızı, qara, ağ, qızıl tonlarda məhsullar, eyni zamanda dodaq boyasının izləri olan stəkanlar, dodaq formasında olan yastıqlar, hərflər formasında olan lampalar, əyilmiş ayaqlar formasında olan dəri kresloların da şahidi olacaqsınız.


“Omedelbar” (Dərhal) adı verilən kolleksiya Stokholmda moda həftəsində nümayiş olunacaq. Amma lkeanın yeni məhsulunu, həm onlayn, həm də mağazalarda almaq istəyənlər isə 2018-ci il martın 9-unu gözləməli olacaqlar.


Conas “Ikea”nın yeni dizayn seriyası üçün reklam klipləri hazırlayıb. Stilist Bea Okerlundun özü Ledi Qaqa obrazında reklam filmində yer alıb.









ğ