Məşhur idman markası “Nike” Amerikanın tanınmış basketbolçusu Pol Corc ilə əməkdaşlığı davam etdirir.


Facemark.az xəbər verir ki, “Nike”ın yeni krassovkalarının dizaynı brendin dizayneri olan Toni Hardman tərəfindən hazırlanıb.


Krassovkaların dizaynında “PlayStation” kontrolleralarında olan elementlərdən - dairə, üçbucaq, kvadrat, X istifadə olunub.


İdman ayaqqabısında iki interaktiv loqodan istifadə edilib. Bunlardan biri Pol Corca, digəri isə “PlayStation”a məxsusdur.


Onları basan vaxtı alovlanırlar və titrəyən, parıltılı mavi rəngli işıq saçırlar. Konsoli kimi. Krassovkaların arxa hissəsi unikal kodla təchiz edilmişdir. Bu kodu “PS4 Paul George Dynamic” konseptini almaq üçün “PlayStation Store” mağazalarında aktivləşdirmək olar.


Xatırladaq ki, daha öncə Almaniyanın nəhəng idman markası “Adidas” da özünün unikal ayaqqabılarını bazara təqdim etmişdi. 16 yanvardan etibarən bazara təqdim edilən krassovkaların qiyməti isə 180 avro (təxminən 366 manat-red.) idi. Alman sakinləri “Adidas”ın yeni ayaqqabılarına sahib olmaq üçün uzun növbələr gözləməli olmuşdular.


Qeyd edək ki, ekspertlər isə deyir ki, “Adidas”ın yeni digital ayaqqabıları üçün 3 günlük növbələr yaranmışdı. Amma rəqibi “Nike” isə hələ indi digital konseptli ayaqqabıların anonsunu verir.