İtaliyanın geyim brendi “Diesel” yeni reklam çarxı bazara təqdim edib.


Facemark.az xəbər verir ki, brend yeni reklam çarxında göstərmək istəyir ki, insanlar sizi necə var elə qəbul etməlidirlər.


“Culturepub” yazır ki, “Diesel” bu tarixi əyləncəli və öyrədici bir şəkildə insanlara çatdırıb.


Reklam filmi “Diesel”in saytında, “Facebook” sosial platformasında, “YouTube” və başqa platformalarda yerləşdirilib.


İlk baxışda yaraşıqlı cavan oğlan özünü uzun qulaqlarına görə bəyənmir. Artıq o, bu çirkin görünüş ilə birgə yaşamaq istəmir, plastik cərahiyyə əməliyyatından sonra, füsunkar bir qızla tanış olur. Ancaq şirin hekayənin sonu gözlənilmədən nəticələnir.


Kampaniyanın yeni reklam filmini “Publicis Italia” reklam agentliyi ilə birgə ərsəyə gətirib. Reklam filmi “Keep the World Flawed” (Dünyanın qüsurlarını qəbul et!) sloqanı altında çəkilib. Gəncləri şəxsi unikallıqlarını qiymətləndirməyə çağırır.


Reklam filmi yanvarın 22-də “YouTube” platformasında yerləşdirilib. Çarx qısa zaman kəsiyində çoxlu layk, koment, baxış sayı yığmağı bacarıb.


Qeyd edək ki, hələ sentyabrın əvvəllərində də, şirkət bu mövzuya müraciət etmiş, gəncləri “Go The Flaw” Qüsurlarınızla irəli getməyə çağırmışdı.