“Apple”ın istehsal etdiyi əvvəlki nəsil “ağıllı”telefonlardan “iPhone X”in əsas üstünlüyü onun yüksəktexnologiyaya əsaslanan ön və arxa kameralarının olmasıdır.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Apple” şirkəti brendin son reklam çarxında da bu məsələyə toxunub.
“Apple” potensial müştərilərin diqqətinə çatdırır ki, onlar yüksək keyfiyyətli selfi çəkmək istəyirlərsə, “iPhone X”in ön optik sisteminin “TrueDepth” və “Portrait Lightning” rejiminin imkanlarından istifadə edə bilərlər.
Reklam çarxına smartfon ilə çəkilmiş bir sıra foto şəkil əlavə edilib. Slayd şou Amerikalı əfsanəvi boksçu Məhəmməd Əlinin monoloqu müşayiət edir. M.Əli monoloqunda deyir ki, onun özü, xarici görünüşü kainatdakı ən gözəlidir.
“Apple” şirkətinin ərsəyə gətirdiyi reklam çarxında fokus olunan məsələlərdən biri də selfi zamanı insanın özünə olan əminliyidir.