“Apple” yay aylarında “iPhone X” “ağıllı” telefonlarının istehsalını dayandıra bilər.


Facemark.az xəbər verir ki, bu barədə “Macrumors” portalı “KGI Securities Minq-Çi Kuo” analtik şirkətinin hesabatına istinadən xəbər verir.


Hesabat görə, buna səbəb kimi Çin bazarında aşağı tələbatın olması göstərilir.


Analtik şirkətin proqnozlarına görə, “Apple” 2018-ci ilin birinci yarısında əvvəlcə müəyyən edilmiş 25-30 milyon dəyərində deyil, 18 milyon dollar dəyərində “iPhone X” telefonu satacaq.


“Minq-Çi Kuo” şirkətinin hesabatına görə, “Apple” 2018-ci il ərzində isə ümumilikdə 62 milyon dəyərində qurğu satmağa nail olacaq. Daha əvvəl proqnozlaşdırılan rəqəm isə 80 milyon dollar idi.


“İlk dəfə olaraq bununla ənənəsini poza bilər. Nəticədə, “Apple”ın yeni təqdimatı olacaq məhsulunu bazara təqdimatından qısa müddət sonra, şirkət bazarda “iPhone X” satışlarını dayandıracaq”, - deyə hesabatda vurğulanır.


Ekspertlər isə güman edir ki, “Apple” şirkəti növbəti “ağıllı” telefonların bazara təqdim edilməsində uğurlu ola bilməyəcək: “Çünki insanlar şirkətin yeni məhsullarından razı deyillər. Bu ilin birinci yarısında 2017-ci ilin anaoloji dövrü ilə müqayisədə satışlarda cəmi 5% artımın olması planlaşdırılır”.