Model, “arderecosmetics” şirkətinin təsisçisi, gözəllik mövzularında bloq yazıları yazan Amena Khan “L'Oreal”ın yeni reklam çarxına çəkilib.


Facemark.az xəbər verir ki, qərb mətbuatı yazır ki, ilk dəfədir ki, müsəlman, hicablı qadın sağlamlıqla ilə əlaqədar məhsulun reklamına çəkilir.


A.Khan reklamda rol alması ilə əlaqədar “Newsbeat” proqramında bunları deyib: “Ümid edirəm ki, etdiyimiz iş gənc qadınlara ilham verəcək”.


Reklam filmində Amena Khanı ingilis müğənni Cherly Tweedy və musiqiçi Dougie Poynter müşaiyət edib.


Reklam çarxını “Instagram” səhifəsində paylaşan ingilis model bu sözləri yazıb: “Hicabımı çıxardıqda saçlarımın daha parlaq görünməsini istərdim. Bəs siz istəməzdinizmi?”, - yazıb.


Xatırladaq ki, model, “Instagram”da 570 min tərəfindən izlənilir.


Qeyd edək ki, daha əvvəl “Nike” da idmanla məşğul olan, musəlman hicablı qadınlar üçün “Nike Pro Hijab” məhsulunu bazara təqdim etmişdi.