Instagramdan tək-tək foto yükləmək üçün “DownloadGram” veb-xidməti əladır. O istənilən proqramlarda çalışır, pulsuzdur, hər-hansı proqramın yüklənməsini isə tələb etmir. Şəkil yükləmək üçün tətbiqin və ya Instagramın veb xidmətinin linkini copy edib “DownloadGram”ə daxil etmək lazımdır. Sonra → Download-Download Image basmaq tələb olunur. Bundan sonra, xidmət şəkili avtomotik yükləyəcək və ya yeni əlavədə onu açacaq. Siz kontekst menyusunun vasitəsilə, adi saytlarda istənilən təsvir kimi fotonu saxlaya biləcəksiniz.
Facemark.az lifehacker.ru-a istinadən xəbər verir ki, tətbiqə keçid üçün link: https://downloadgram.com/ belədir.
Instagramda bir neçə şəkli və ya bütün şəkilləri necə yükləmək mümkündür?, Instagramdan kompüterə fotonu necə yükləmək olar?
Kiçik çarpaz platforma olan 4K Stogram proqramı Instagram hesabınıza bağlı olan bütün şəkilləri yükləyir. Pulsuz proqrama ikidən çox (onlardan biri yad hesab da ola bilər) Instagram hesabını bağlı etmək olar. Bunun üçün parolları daxil etməyə ehtiyac yoxdur. Proqramın lisenziyalı xidmətindən istifadə etməklə, qeyd olunan limit aradan qalxmış olur. Lisenziyalı proqram Sizə hətta “Instagram Stories”də olan fotoları da yükləməyinizə icazə verir.
Hesabınızda olan bütün şəkilləri yükləmək üçün, Instagram linkini copy edib, sonra onu 4K Stogram proqramına əlavə edin. Daha sonra Enter düyməsini basın və şəkillərin yüklənməsini gözləyin. Şəkillər proqrama yükləndikdən sonra, onu proqramın daxilində vərəqləmək, yaxud şəkilləri ayırca qovluğa atmaq olar.
Windows, macOS, Linux-da 4K Stogramı yükləmək üçün link: https://www.4kdownload.com/ru/products/product-stogram
Instagramdan Andorid qurğuya fotonu necə yükləmək olar?
“Google Play” də qrup yükləmələrini dəstəkləyən bir çox proqram mövcuddur. Məsələn, “Fast Save” kimi.
Bu tətbiqdən istifadə etmək üçün Instagram hesabınızdan istifadə etməklə hesab açın. Sonra yükləmək istədiyiniz profildəki şəkilləri “Fast Save”də axtarış edərək tapın. Bu profili açın, lazım olan şəkilləri seçərək, yükləmək düyməsinə basın. Yüklənmiş şəkillər mobil telefonun gallereyasına daxil olacaq.
Bütün bu əməliyyatları tətbiqin pulsuz versiyasından istifadə etməklə mümkündür. Əgər proqramın lisenziyalı xidmətindən istifadə edirsinizsə, avtomotik olaraq bir düymə ilə bütün şəkilləri yükləyə bilərsiniz. Eyni zamanda, yükləmə prosesi zamanı “bezdirici” reklamları da görməyəcəksiniz. Digər əlavə bonuslar da əldə edəcəksiniz.
Proqramı yükləmək üçün link:
https://play.google.com/store/apps/details?id=photovideo.fastsave
Instagramdan fotonu IOS qurğularını dəstəkləyən mobil telefonlara necə yükləmək olar?
Rusiya App Store də qeyd olunan əməliyyatı həyata keçitmək üçün proqramlar tapmaq çətindir. Amma Amerikan App Store-də bu cür tətbiqlər tapmaq mümkündür.
Əgər sizə iPhone, iPad-ə bir sıra şəkillərin yüklənməsi lazımdırsa, InstaSaver proqramını Amerikan App Store-də, eləcə də Ukrayna App Store-də tapmaq mümkündür.
İOS əməliyyat sistemlərini dəstəkləyən qurğularda bu proqramdan istifadə edə, ya da başqa alternativlər axtara bilərsiniz. Əgər bir sıra şəkilləri iPhone-a yükləmək istəyirsinizsə, proqramı Instagram hesabına bağlı etməlisiniz. Tətbiq pulsuzdur, amma digər proqramlarda qeyd olunan kimi “bezdirici” reklamlar görmək istəmirsinizsə, eləcə də bir çox şəkili birdən yükləmək lazımdırsa, proqramın lisenziyalı xidmətindən istifadə etməli olacaqsınız.
IntaSaver proqramını yükləmək üçün link:
https://itunes.apple.com/us/app/instasaver-repost-photos-and-videos-for-instagram/id1132173806?mt=8