Türkiyə mətbuatı maraqlı bir problemə toxunub.


Facemark.az xəbər verir ki, qonşu ölkənin mətbuatı yazır ki, türk “YouTuber”lar dövlətə vergi ödəmədən milyonlarla lirə pul qazanır.


“Onlar vergi ödəmədən sosial mediadan gün keçdikcə qazancına qazanc qatır. Əyləncəli və yumoristik videolarla lüks evlərdə, bahalı avtomobillərdə zəngin həyat tərzi keçiriən fenomenlər, internet üzərindən istədikləri videoları paylaşa bilirlər”, - deyə Türkiyə mətbuatı qeyd edir.


Qonşu ölkənin mətbuatı bildirir ki, bəzi “YouTuber”ların videolarında hətta vulqar sözlərdən istifadə edilməsi gənclərin davranışlarına da pis təsir edir:


“Kanallarında vulqar videolar yayımlayan fenomenlər, şəxsi hesabları ilə “YouTube” ilə əməkdaşlıq edərək vergisiz qazanc əldə edirlər.


Bir videodan milyonlarla lirə pul qazanan “YouTuber”lar vergi ödəmədiyi özəlliklə “YouTube” üzərindən qazanan gəlirlər üçün şəxsi hesabları üzərindən pul köçürdülməsi edərək vergidən yayındığı bildirilir. Hətta bu vergidənyayınmanın hər il milyardlarla lirə olduğu deyilir”, - deyə məqalə müəllifinin iddiasında qeyd edilir.


Müəllif yazır ki, Reklam, Viral, “YouTube” gəlirlərinin yer aldığı sektorda pulun böyük qismi şəxsi hesablar üzərindən sənədsiz şəkildə köçürüldüyünə görə hər ay milyonlarla lirə vergi dövlətin büdcəsindən yox olur.


“YouTube” platformasında milyonlarla izləyicisi olan türk “YouTuber”lərin qazancı isə belədir:


- Kerimcan Durmaz – 350 000 TL (təxminən 92 min dollar - red.)


- Danla Biliç – 250 000 TL (66 min dollar)



- Berkcan Güven – 75 000 TL (20 min dollar)


- Enes Batur – 300 000 TL (79 min dollar)


- Duygu Özaslan – 60 000 TL (16 min dollar)


- Orkun Işıtmak – 200 000 TL (53 min dollar)


- Kafalar – 200 000 TL (53 min dollar)


- Halil Söyletmez – 100 000 TL (27 min dollar)


- Merve Özkaynak – 200 000 TL (53 min dollar)



- Sebile Ölmez – 75 000 TL (20 min dollar)


Xatırladaq ki, “YouTube” platforması reklamlar ilə bağlı ciddi dəyişikliyə gedib. Yeni dəyişikliyə görə, yanvarın 17-dən etibarən yeni “YouTube Partner Program”ına daxil olan kanalların reklam ala bilməsi üçün 1000 abunəyə və 12 ay içərisində 4 min saat baxış saatına sahib olmalıdırlar. Daha öncə kanalın “YouTube Partner” Proqramına daxil olması üçün ümumilikdə 10 min baxış sayına çatması lazım idi.