Amerika geyim markası “Life is Good” bu yaxınlarda bazara təqdim etdiyi reklam kampaniyası ilə optimizin gücünü göstərib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Adweek” yazıb.
Reklam markanın Kanada bazarına çıxmasına müşayiət etmək üçün nəzərdə tutulub.
Çarxın kreativ agentliyi isə “Tha Garden” şirkəti olub. Onlar reklam çarxı üçün “Optimism Machine” quraşdırdılar. Neyro sensorlar su ilə soyuducuya əlaqələndirilmişdi.
Sınağın iştirakçılarına onların beyin ristmlərini oxuyan qulaqcıqlar taxılıb. Möcüzə isə o zaman baş verib ki, üzərində ekspertment aparılan şəxsin əhval-ruhiyyəsi artan kimi krandan su axmağa başlayıb.
Gəlirin 10%-ni uşaqlara yardım üçün ayıran marka bununla optimism gücünü göstərmək istəyib.
Qeyd edək ki, “Life is Good”un bütün məhsulları pozitiv əhval-ruhiyyədə dizayn olunmuşdur. “Futbolka” və başqa predmentlər smaylik və nikbin yazılarla bəzədilmişdir.
“Optimism Machine” texnologiya şirkəti “Thinkingbox” tərəfindən istehsal edilib.