“Apple” şirkətinin 2017-ci ilin üçüncü rübündə bazardakı payı azalıb.
Facemark.az xəbər verir ki, “Counterpoint Research”ın məlumatına görə, cari ilin iyul-sentyabr aylarında “Apple” smartfonlarının satışından 59,8% qlobal gəlir əldə edib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 26% azalma deməkdir.
Ekspertlərin qiymətləndirmələrinə görə, buna səbəb şirkətin istehsal etdiyi smartfonların köhnə modelləri qiymətinə görə yenilərindən daha ucuzdur. Həmçinin, bazarda “Samsung”un “Galaxy Note 8” seriyası “Apple”ın smartfonlarına yeni rəqibdir.
“Samsung” adıçəkilən seqmentdə qlobal gəlilərin 25,9%-ə sahibdir.
Bazardakı beş əsas rəqib isə üç Çin şirkətidir: “Huawei”, “Oppo” və “Vivo”.
Ardıcıl olaraq bu şirkətlərin bazardakı payı 4,9%, 4%, 3,1%-dir.
Qeyd edək ki, daha əvvəl “Apple”dan deyirdilər ki, şirkət “Face ID”ə milyonlarla dollar sərmayə qoyacaq.
Şirkətdən bildirilmişdi ki, “Face ID” üçün çiplərin istehsalına 390 milyon dollar sərmayə qoyulub.