ABŞ-ın onlayn-kinoteatrı “Netflix” 2018-ci ildə Rusiya bazarında tam xidmətlə fəaliyyət göstərmək imkanını nəzərdən keçirir.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, roem.ru ölkənin onlayn-kinoteatrındakı mənbələrinə istinadən yazır ki, bununla rus dilində sayt işə salınacaq, kontent də məhz bu dildə olacaq.
Onlayn-kinoteatr Rusiyanı prioritetli və gəlirli bazarlardan biri olaraq görür.
Hazırda Rusiya sakinləri “Netflix”də qeydiyyatdan keçə bilirlər. Bu onlara HD keyfiyyətində müxtəlif kontentlərə baxmağa imkan verir. Amma rus dilində xidmət hələ də təqdim edilməmişdi.
“Netflix”in rəsmiləri hesablayıb ki, ortamüddətli perspektivdə ABŞ-dan xaricdə olan istifadəçilər abunəçi bazasının 75-80%-ni təşkil edəcək. Hazırda şirkətin abunəçi bazasında üstünlüyü Kanada, Braziliya və digər Latın Amerikası ölkələri yer tutur.
Xatırladaq ki, yerli dildə yayımdan başqa, “Netflix” yerli aktyorların cəlb edilməsi yolu ilə yeni məzmun da yaradır.