Fransız supermarket şəbəkəsi olan “Système U” “TBWA\Paris” reklam agentliyi ilə birlikdə Yeni il ərəfəsində reklam çarxlarını təqdim ediblər.


Facemark.az xəbər verir ki, reklam çarxı bu ili də yalnız keçirəcək Monsieur Vanier adlı fransızdan bəhs edir.


Supermarketin bağlanmasına az qalıb, amma M.Vanier hələ də alış-verişi bitirməyib. “Système U”nun satıcısı isə ondan oğlun bu yeni ildə gələcəkmi sualını verir.


M.Vanier isə çox məyus şəkildə “Bu ildə yox” deyir. Əlbəttə, fikirləşəcəksiniz ki, reklam çarxı bütünlüklə mənfi notlar üstündə köklənəcək. Amma Monsieur Vanier açar itdiyinə görə, satıcı ilə mağazada qalmalı olur.


Satıcı bu yaşlı kişini xoşbəxt etmək üçün supermarketdə olan ərzaqlardan bayram süfrəsi açırlar. Fransız reklam agentliyinin ərsəyə gətirdiyi əyləncəli reklam çarxını sizlərə təqdim edirik.