“Toyota” yeni satışa çıxarılan yolsuz yer avtomobili -“Toyota Fortuner” üçün yeni reklam çarxı hazırlayıb.


Facemark.az Advertology.ru-ya istinadən xəbər verir ki, iki mərhələli seçim nəticəsində “Adwise” reklam agentliyinin “Sən, realsan!” konsepsiyası qalib gəlib.


Agentliklərin qarşısında isə belə bir tələb qoyulmuşdu, onlar markanın yeni konsepsiyasını tam olaraq auditoriyaya çatdırmalı, çarxda əsl kişi xarakterini ortaya qoymalı idilər.


“Komanda markanın əsl mahiyyətini çatdırmaq üçün uzun müddət idi ki, uyğun kəlimləri axtarırdı. Amma bunu ən yaxşı böyük rus şairi Yevgeny Yevtuşenko etmişdi. Onun möhtəşəm “Qoxmaq lazım deyil” şeiri “Toyota Fortuner”in reklam çarxı üçün manifesto oldu”, - deyə “ADWISE”ın kreativ direktoru Andrey Trusov deyib.


“Toyota Fortuner” “Toyota”nın yeni yolsuz yer avtomobilidir. Avtomobil sahibində əsl həqiqi kişi təbiətini oyadır.


Reklam çarxının rejissoru qismində isə Tıbor Glage iştirak edib.


Qeyd edək ki, filmin çəkilişləri Gürcüstanın dağlıq, ən çətin şəraitində lentə alınıb.