“Facebook” rəsmiləri sosial medianın psixi sağlamlığa zərər verdiyini etiraf etməli olub.
Facemark.az xəbər verir ki, “İngilis Times” qəzetinin yazdığına görə, şirkət həftə sonu yayımladığı bloq yazısında, bəzi sosial media vasitələrinin insanları kefini pozduğuna dair sübutları olduğunu qəbul edib.
Akademik araşdırmaya görə, sosial mediadan mütəmadi istifadə edən gənclər arasında depressiya, inamsızlıq, yalnızlıq duyğusu meydana gəlir.
“Facebook” isə bugünə qədər bu platformanın psixoloji zərər verdiyinə işarə edən araşdırmalarla əlaqəli şərhləri rədd etdirdi.
Sosial medianın psixoloji təsirləri ilə əlaqəli ilk dəfə açıqlama edən “Facebook”a görə dostlarının statuslarının yenilənməsinə kənardan baxan istifadəçilərin psixi sağlamlığı pozula bilər.
“Facebook” araşdırma müdiri David Ginsberg və araşdırmaçı Moira Burkenin yazdığı bloq yazısında “Ümumilikdə insanlar vaxtlarını passiv olaraq informasiya istehlak etməyə xərclədiklərində, yalnız kitab oxuyub bir-biriləri ilə qarşılıqlı fəaliyyət göstərmədiklərində, özlərini daha pis hiss edirlər” deyilir.
“Facebook” rəsmiləri Michigan Universitetinin apardığı araşdırmadan nümunə gətirir. Bu araşdırmaya görə, gündə 10 dəqiqə “Facebook”da paylaşımları oxuyan tələbələrin ruh halı, platformada daha çox status paylaşma və dostları ilə vaxt keçirmək vəzifəsi verilən digər dostlarının ruh halı ilə müqayisədə pis olur.
California San Diego Universiteti ilə Yale Universitetinin araşdırmasına görə isə dostlarının postlarını bəyənən istifadəçilərin psixi sağlamlığı daha da pisə doğru gedir. Çünki, özləri ilə dostlar arasında mənfi istiqamətdə müqayisələr aparmağa başlayırlar.
Ancaq şirkət sağlamlığı qorunmanın yolunu da hər nə qədər qəribə səslənsə də daha çox post paylaşmaq və şərh yazmaq olduğunu müdafiə edib.

