Avstraliyalı rəsmiləri “Facebook” və “Google”dan media, reklamverənlərə zərər verməkdə şübhələnir.
Avstraliya hökuməti amerika şirkətləri “Facebook” və “Google”un barəsində yoxlama keçirəcək.
Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, bunun səbəbi internet nəhənglərinin mediadakı istehlakçılara verdiyi zərəri müəyyən etmək arzusu ilə bağlıdır.
Rəqabət və istehlakçıların müdafiəsi məsələləri üzrə kommissiyanın rəhbəri Rom Sims təşkilat “Facebook” və “Google”un bazar güclərini ticari məsələlərdə istifadə edib etmədiyini, eyni zamanda istehlakçılara, kontent yaradıcıları və reklamverənlərə zərər verib vermədiyini araşdıracaqlarını söyləyib.