Yota istifadəçilərinə özlərinə uyğun xidmət paketini yaratmağı təklif edib. Yota bu təklifə dəstək olaraq yeni bir reklam çarxı hazırlayıb.


Facemark.az xəbər verir ki, şirkət 8 reklam çarxı ilə hər bir smartfon istifadəçisinə tanış olan həyat vəziyyətlərini göstərib.


Reklam çarxlarını “Friends Moskow” agentliyi ərəsəyə gətirib, istehsalçı isə “FibrFilms”dir.


“Bu reklam kampaniyası çərçivəsində biz göstərmək istəyirik ki, Yota müştərilərinin həyatını hər zaman dəyişdirməyə hazırdır. Buna görə də, biz seriya şəkilində bir neçə reklam çarxları hazırladıq. Reklam çarxlarında göstərdik ki, müxtəlif şəraitlərdə şirkət bütün istifadəçilərinə optimal variantlar təklif etməyə hazırdır. Məsələn, əlavə dəqiqələr, əlavə megabayt, ən populyar mobil tətbiqlərə limitsiz giriş və s. paket şəklində təklif edə bilərik”, - deyə şirkətin marketinq departamentinin rəhbəri Vitali Urezçenko deyib.