Rusiyada əczaçılıq dərnəkləri dərman preparatlarının reklamı üzrə tövsiyələrini hazırlayıb.


Onlar təklif edir ki, reklam obrazlarında yalnız real deyil, eyni zamanda uydurulmuş həkim obrazlarından istifadə edilməsi qadağan edilməlidir.


Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, müvafiq sənəd FAS-a (Rusiya Federal Antimonopoliya Xidməti) göndəriləcək.


Hazırlanmış sənəddə dərmanların istənilən reklamında həkim və tibb işçilərinin obrazlarından istifadə etməyi qadağan edir.


Əczaçılıq dərnəkləri hətta təklif edir ki, jurnal səhifələrindən və televiziya ekranlarından həkimlərə aid olan cizgifilm şəkillər yığışdırılsın.


Tez-tez istifadə olunan “Aybolita” obrazı da, həmçinin istifadə etmək mümkün olmayacaq.


Bundan əlavə, qadağa xəstələrin diaqnozu, sağlamlıq problemlərinin həlli istiqamətinə qədər uzanacaq.


Yeni reklam çarxlarında artıq bu frazalardan itifadə edilməyəcək. “Öskürürsünüz”?, “Sizə soyuq dəyib?”, “Burnunuzada tıxanmamı var?”


Əczaçılıq məhsulları üzrə ümumi tələblər dəyişməz olaraq qalır. Onlar özlərində dəqiq, dolğun, təsdiqlənmiş informasiya ötürməlidirlər. Bundan başqa, əczaçılıq şirkətləri rəqiblərini negativ formada təqdim edə bilməyəcək, öz reklamlarında gizlədilmiş informasiya olmayacaq.


Mütəxəssislər isə hesab edir ki, yeni reklam qaydaları reklamların çarxlarının hazırlandığı vaxt səhvlərdən qaçmağa, dövlət oqranlarının məhsulların keyfiyyətinə nəzarətin asanlaşdırılmasına kömək olacaq.


FAS isə mütəxəsislərin tövsiyələrini dəstəkləyib. Onlar fikirləşir ki, yeni qaydalar istehlakçıları reklama baxdıqdan sonra yanlış fikrə sövq etməyəcək.