Rusiyada FİFA 2018 üzrə Dünya Çempionatının (DÇ) final püşk atmasına üç gün əvvəl Moskva metrounda yarışın markasının son vizual elemetinin nümayiş olunduğu rəsmi afişası nümayiş olunub.
Facemark.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında deyilir.
İşin müəllifi məşhur rus dizayneri İqor Quroviç afişanın mərkəzində keçmiş sovet qapıçısı Lev Yaşini təsvir edib.
Əfsanəvi Lev Yaşin dünya tarixində tək qapıçıdır ki, “Qızıl top”, FİFA-nın 1958, 1962, 1966, 1970-ci il üzrə 4 dəfə Dünya Çempionatının iştirakçısı olub.
Afişada qapıçı öz ənənəvi formasında təsvir edilib. Qara sviter və şortik, diz sarğısı və məşhur papağı.
Qeyd edək ki, DÇ2018-nin afişasının müəllifi İqor Qroviç Rusiya Qrafik Rəssamlıq Akademiyasının üzvidir.
