ABŞ-ın audio məhsulların satışı ilə məşğul olan şirkəti “Beats By Dre”nin (Beats) yeni reklam çarxında məşhur simalar yer alıb.


Facemark.az xəbər verir ki, çarxda Serena Williams, Neymar Jr, Cara Delevingne, Michael K, Kris Wunu görmək mümkündür.


Reklam filmi Nyu-Yorkun “JohnXHannes” reklam agentliyi tərəfindən ərsəyə gətirilib.


Reklam çarxına “Above The Noise” adı verilib.


Çarxda hazırda məşhur olan simaların keçmişdə yaşadıqları çətinliklər ustalıqla lentə alınıb. Məsələn, Kris Wunun işlədiyi yerdə mikrofona toxunulmasına icazə verilmir. Cara Delevinge işlədiyi yerdə psixoloji təcavüzə məruz qalır. Amma heç biri yaşadıqları cəmiyyətin onların arzu və bacarıqlarını yox etməsinə icazə vermir. Elə buna görədir ki, bu gün onlar karyeralarının zirvəsindədirlər.


Qeyd edək ki, ABŞ-ın 2006-cı ildə yaradılan “Beats By Dre” (Beats) şikəti 2014-cü ildə “Apple Inc.” tərəfindən alınıb.


Audio məhsulların satışı ilə məşğul olan şirkətin təsisçiləri Dr. Dre və Jimmi Lovine olub.