Model və “KKW Beauty” şirkətinin sahibi Kim Kardaşyan öz pərəstişkarlarını yenidən cəsarətli reklam şəkilləri ilə sevindirib.
Facemark.az sostav.ru-ya istinadən xəbər verir ki, dekabrın 1-də mağazanın yeni koleksiyasına “Ultralight Beams highlighters” və dodaq üçün parladıcı əlavə ediləcək. Buna görə də, mağazanın yeni reklam kampaniyasında modelin iştirakına qərar veriblər.
Kardaşyan yeni fotosunu “Instagram”səhifəsinə əlavə edib və şəkildə model güzgülü divara dayanmış görünür və əlləri ilə sinəsini tutub.
Foto modelin pərəstişkarını heyran edib, çünki şəkilin altında heç bir negativ şərh olmayıb.
