“Qara Cümə” (Black Friday”) günü ruslar arasında ən populyar birinci məhsul elektrikli diş fırçası Oral-B olub. İkinci yeri isə Lenovo noutbuku tutub. Üçlüyü isə Samsung Galaxy A5 markası tamamlayıb.
Facemark.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “AliExpress”in məlumatında deyilir.
Ən çox alınan məhsulların beşliyi sırasında iPhone SE və iPhone 7 markası da yer alıb.
Ümumilikdə, endirimdə 300 məhsul olub və təxminən ortalama 50% endirim ilə satılıb.
“Qara Cümə” günündən əvvəl rekord tələblərdən biri də televizor olub. Alıcıların bu məhsula olan tələbi əvvəlki ilə nisbətən 600% çox olub.
İnternet Ticarət Şirkətlər Birliyinin məlumatına görə, rusiyada “Qara Cümə” günü satıcıların gəlirləri 30 milyard rubla qədər artıb. 2017-ci ildə 20 milyon nəfər 90%-ə qədər endirimlə məhsul alıb. 2017-ci ilin yarımilliyində Rusiya AliExpressdən ən çox məhsul alan ikinci ölkə olub.
Qeyd edək ki, onlayn internet mağazası “AliExpress”, Alibaba, Taobao, Alibaba Pictures, onlayn ödəmələr üzrə Alipay “Alibaba Group”a daxildir. “AliExpress” Çin elektron bazar dövriyyəsinin 80%-ni təşkil edir.



