“Amazon”un Yeni il ərəfəsində hazırladığı reklam çarxında mahnı oxuyan qutular ətrafınızı saracaq.


Facemark.az xəbər verir ki, əksər insanlar üçün Yeni il yollanacaq bir sıra hədiyyə deməkdir.


Sevdiklərimizə onların xoşlarına gələcək, bizi xatırladacaq kiçik xatirələr almaq vaxtıdır. Bu xatirələri qutuya qoyub karqoya verməyin zamanıdır. Hədiyyə alacaq insanlardan başqa, sevinən tərəf isə “Amazon”un karqo qutularıdır.


“Amazon” bu dəfə bir dəqiqəlik reklam çarxında sahiblərinə çatan karqo qutuların nə qədər xoşbəxt olduqlarını göstərir.


Reklam çarxını izləyən hər kəsdə ani olaraq təbəssüm yaranır. Hədiyyə olaraq göndərilən irili, xırdalı karqo qutuları çox xoşbəxt şəkildə mahnı oxuyurlar və mənzillərinə doğru səyahət edirlər.


Reklam çarxı hədiyyəsini alan kiçik qızcığaz ilə bitir. Bununla da “Amazon” keçən il hazırladığı reklam çarxında siyasi mövzudan da uzaqlaşmış olur. Ötən il də reklamın mövzusu dostluq və hədiyyələr idi. Amma o zaman “Amazon” göstərmişdi ki, fərqli insanlar da bir-birilərinə hədiyyə göndərə bilərlər. Reklamda bir imam və rahib bir-birilərini qucaqlayırdılar.


Yeni çarxda nostalji bir musiqi olan Roger Hodgsonun “Give a Little Bit” mahnısından istifadə olunub.


Ötən il “Joint” reklam agentliyi ilə əməkdaşlıq edən şirkət bu dəfə də İngiltərə reklam agentliyi olan “Lucky General” ilə çalışıb.