İyunun 17-19-da Yeni Zelandiyada “Fine Food” qida sərgisi keçirilib. Həmin sərgidə “Gilan” Qəbələ Konserv Zavodunun məhsulları da nümayiş olunub. Sərgi çərçivəsində keyfiyyət müsabiqəsi keçirilib və çoxsaylı məhsulların arasında finala çıxmış 3 məhsuldan biri “Jalə” nar şirəsi olub. Müsabiqənin sonunda münsiflər heyəti müəssisənin nümayəndələrinə yaxınlaşaraq, onları təbrik edib və məhsulların çox yüksək keyfiyyətdə olduğunu bildirib.
1 ildən az müddətdə Yeni Zelandiya bazarında təmsil olunmasına baxmayaraq, “Jalə” şirələri istehlakçıların böyük rəğbətini qazanıb. 
Şirkətin məhsullarının Avstraliya və Yeni Zelandiya regionunda daha geniş çeşiddə təmsil olunması qarşıya qoyulan əsas məqsədlərdən biridir.