“Facebook” Creator adlı yeni tətbiqini istifadəçilərə təqdim edib.



Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.



Tətbiq birbaşa videoları redaktə, videoya stikerlər əlavə etməyə, çərçivə, effekt, başlıq qoymağa imkan verəcək.



Kontentlə birlikdə, Creator video, profil, abunəçilərin fəallığını da ölçəcək. Proqram “Facebook”, “Instagram”dakı şərhlərlə yanaşı, Messengerdə mesajları da toplayır.



Xidmət “AppStore” mağazasında əlçətandır, amma yaxın zamanlarda Android qurğularında da dəstəklənəcək.


https://www.facebook.com/pg/facebook/videos/