Video layihəniz üçün mükəmməl musiqi axtarırsınız? Onlayn videolarınız üçün 10 pulsuz musiqi saytlarını bir araya topladıq.
Facemark.az bu barədə Adweek-ə istinadən xəbər verir.
Onlayn videolarınız üçün pulsuz və qanuni musiqilər tapmaq çox çətindir.
Siz onlayn videolarınız üçün musiqi axtarışındasınız. İstəyirsiniz ki, öz əsərinizi musiqi ilə daha mükəmməl hala gətirəsiniz. Amma bununla belə əmin olmaq istəyirsiniz ki, bu müəllif hüquqlarının pozulması ilə nəticələnməyəcək.
Yerləşdirdiyiniz musiqinin sadəcə müəllif hüquqlarını pozduğunun üçün aradan qaldırılması kimi əsəb pozucu mənzərə yəqin ki yoxdur.
Yaxşı ki, bəzi mənbələr var ki, siz oradan video layihəniz üçün mükəmməl musiqi hitləri tapa biləcəksiniz.
Həmin siyahını təqdim edirik:
Incompetech
Incompetech pulsuz musiqi saytlarından biridir. Sayt bəstəkar Kevin MacLeod tərəfindən yaradılıb və bir çox janr üzrə təsnif edilib. Saytın FAQ bölməsində istifadə edəcəyiniz musiqi soundtrack-nin pulsuz olacağını görəcəksiniz. Mənim ən sevdiklərim Silent Film Score bölümündəki hitlərdir. Amma siz bu saytda musiqinin istənilən janrında, pop, rock, qorxu film soundtrack-ləri tapa biləcəksiniz.
DanoSongs
DanoSongs.com-dan siz pulsuz, orijinal musiqilər əldə edəcəksiniz. Siz bu saytdan öz video layihənizdə bu sayta link qoymaqla istifadə edə biləcəksiniz.
MobyGratis
Lisenziya ödənişi etmədən məşhur bəstəkarların mahnılarını əldə etmək itəyirsinizsə, bu zaman MobyGratis-ə göz atmalısınız.
FreeSoundTrack Music
Burada siz YouTube videoları, film, oyunlar, digər multimedia istehsalında istifadə olunan müəlliflik hüququ olmayan musiqilər tapa biləcəkiniz. Saytdakı bəzi musiqilər isə pulludur. Buna baxmayaraq bir çox musiqi pulsuzdur və siz onları asanlıqla yükləyə və video layihənizdə istifadə edə biləcəksiniz.
ccMixter
ccMixter Creative Common adı altında olan minlərlə musiqi əldə etmək olar. Sayt musiqiyə qulaq asmaq, yükləmək və s. etmək imkanı verir.
Burda da bir çox musiqilər pulsuzdur, amma pullu mahnılara da rast gəlmək mümkündür.
PacDV
PacDV pulsuz mahnılar və səs effektləri təklif edir. Siz musiqiləri video, oyunlar, digər multimedia layihələrində istifadə edə biləcəksiniz. Amma video layihənizdə PacDV-yə istinad verməlisiniz.
Burda 1900-cu illərdə olan musiqiləri belə tapa biləcəksiniz. Bir çox musiqilər demək olar ki nostaljidir. Lakin burada bəzi modern mahnılar var ki, müəllifin razılığı əsasında istifadə etmək mümkündür.
Musopen
Musopen də Public Domain 4U-ya bənzəyir. Əgər video layihəniz üçün klassik mahnı axtarırsınızsa, deməli düzgün ünvandasız.
Beatpick
Nəhayət, Beatpick. Burada License Song-a klik edərək Non Commercial Project bölümünü seçməlisiniz.
Bəs siz onlayn videolarınız üçün hansı saytlardan istifadə edirsiniz? Şərhlərinizi gözləyirik.