ABŞ-ın qlobal rəqəmsal marketinq və reklam şirkəti VML UNİCEF üçün sosial çarx hazırlayıb.



Facemark.az xəbər verir ki, sosial çarxda fiziki və psixoloji təcavüzə məruz qalan uşaqların yaşadıqları fərqli tərzdə insanlara çatdırılıb.



Uşaq mebel mağazasına gələn ailələr gizli kamera ilə çəkilib. Çarx adi bir video kimi başlayır, amma daha sonra mağaza satıcısı gözlənilməyən söhbətlər edir.



Göstərdiyi mebelləri adi şəkildə təqdim etməli olan satıcı isə əksinə həmin əşyalar vasitəsilə uşaqları necə fiziki və psixoloji təcavüzdən qorumağın yollarından danışır.



5 yaşında olan uşaqlarına mebel almaq istəyən cütlüyə satıcı “filan bölməyə əşyalarınızı yığa bilərsiniz” deyən tərzdə gülümsəyərək deyir: “Əgər yaşlı bir kişi sizin uşağınıza təcavüz etmək istəyərsə, bura onun gizlənməyi üçün əla yer olacaq”.



Hətta satıcı bununla da qalmayıb eyni səs tonu ilə mebelin həmin bölməsində gizlənən qız maketini göstərir. Deyir ki, əgər övladınız evdə fiziki təcavüzə məruz qalırsa, döyülürsə bu onun üçün əla yer olacaq.



Mağazadan çıxan müştərilər satıcının bu dediklərindən sarsılırlar, daha sonra isə onlara izah edilir ki, bu sosial çarx üçün hazırlanır. Müştərilərə hər 4 uşaqdan 3-nün döyüldüyü informasiyası verilir. Hətta bəzi müştərilər satıcının bu dediklərindən və əldə etdikləri informasiyanı öyrənincə göz yaşları tökməyə başlayıblar.



Qeyd edək ki, çarx UNİCEF-in #ENDviolence kampaniyası çərçivəsində hazırlanıb.