Federal Antimonopoliya Xidməti “Apple” şirkətinin bazara yeni təqdim etdiyi “iPhone X” smarfonunun qiymətini yoxlamağa başlayıb.
Facemark.az xəbər verir ki, RNS bildirib ki, xidmətdən qeyd olub ki, qanunla yoxlamanın müddəti ayda 3 dəfə ola bilər.
Xidmət yoxlamanı müstəqil həyata keçirib və “iPhone X”in pərakəndə satıcılarına və “Apple” şirkətinə sorğu göndərməyib.
Qeyd olunur ki, daha öncəki yoxlamalar fərqli pərakəndəçilərdən gələn “iPhone X” smarfonunun qiymətinin eyni olduğunu iddia edən vətəndaşın şikayəti əsasında aparılıb.
Xatırladaq ki, Rusiyada “Apple”ın yeni məhsulu bazara noyabrın 3-də çıxarılmışdı, Azərbaycan bazarında artıq satışdadır.