Barselonanın animasiya studiyası illər dəyişsə də insanın dəyişməyəcək bəzi tərəflərini bizə çox xoş bir qısa film ilə xatırladır.
Facemark.az xəbər verir ki, heç 2030-cu illərdə dünyanın necə ola biləcəyi haqqında düşündünüzmü? Bəlkə də xəyal edə bilmədiniz. Təəssüflənməyin. Onsuz da fantastik bir dünyada yaşayırıq. Həyatlarımız sadəcə komediya və dramdan ibarət deyil.
Barselonada 2011-ci ilində qurulan animasiya studiyası “Device” isə çox spesifik bir zamanı xəyal edib və cizgilərlə bizlərin də görməsinə kömək olub. Söhbət 2037-ci ildən gedir.
Animasiya filmində göstərilir ki, hər nə qədər 2037-ci ildə olsaq da, insanlar keçmiş və gələcəyin bir-birindən fərqli olmayacağını düşünürlər.
Bəlkə dediyimiz zamanda hər idmançı üçün bir məhsul istehsal edən “Nike” həqiqətən də bir gün gələcək Cənubi-Şərqi Asiyada tarlada işləyənlər üçün də bir papaq hazırlayacaq? Niyə də olmasın?
Ülviyyə Əlizadə



