İOS əməliyyat sistemində olan cihaz kamerasına daxil olmaq icazəsi olan iPhone tətbiqləri siz fərqində belə olmadan video və fotoqraflarınızı çəkə bilər.



Facemark.az MediaCat-a istinadən xəbər verir ki, belə bir iddia ilə Google mühəndisi Felix Krause çıxış edib.



Krause mövzu haqqında detallara yer verdiyi video paylaşımında izah edib ki, telefonun ön və arxa kameraları açıq olduğu təqdirdə iPhone tətbiqləri istifadəçinin xəbəri olmadan video və fotoşəkili qarşı tərəfə dərhal ötürə bilər.



Mühəndisin iddialarına görə, bu vəziyyətdən istifadə etmək istəyənlər fotoşəkilləri rahatlıqla əldə edə, hətta telefon sahibini tualetdə izləyə və canlı yayıma da qoşa bilərlər.



Onun fikrincə, bu vəziyyətdən qaçmaq olduqca çətindir. Məsələn, siz iPhone kameranızın önünə bağlaya bilərsiniz və ya kameraya giriş icazəsi olan tətbiqləri telefonunuzdan silə bilərsiniz.



Görünən odur ki, vəziyyətin bilərəkdən, ya da bilməyərəkdən şəxsi həyatın təhlükəsizliyinin pozulması faktı olub-olmaması isə uzun müddət müzakirə olunacaq.