“Apple”ın mühədisi YouTuber qızı Brooke Amelia Petersona görə işdən qovulub.



Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Brooke Amelia Petersonun hələ bazara təqdim edilməmiş “iPhone X” modelinin viral olaraq YouTubeda paylaşması olub.



Bəzi ekspertlər qeyd edirlər ki, “Apple” şirkəti bu qərarında haqlıdır. Belə ki, “Apple” Şəhərciyində kamera ilə videoçəkiliş etmək qadağandır.



4 ildir Appleda çalışan mühəndisin bu qaydaları bilməsi və videoçəkiliş edən qızına mane olması lazım idi.



Bu hadisədən sonra mühəndisin qızı YouTubeda daha bir video paylaşır. “Maddi vəziyyətimiz yaxşıdır. Baş verənlərə görə də o qədər də kədərli deyilik”, - deyib.



Qeyd edək ki, “Apple”ın qaydalarına görə, bazara təqdim edilməmiş məhsulun görüntülərini yaymaq qəti qadağandır.