Səudiyyə Ərəbistanında təşkil olunan “Future Investment Initiative” konfransında gələcək üçün bir ilk yaşanıb.
Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, konfransda süni zəkaya sahib olan Sophia adlı robot bacarıqları ilə Səudiyyə rəsmlərini heyran edib və onlar Sophiaya vətəndaşlıq haqqı veriblər. Sophia bu ölkənin vətəndaşı olmaq üçün ilk süni intellektə sahib olan robotdur.
Sophianı bacarıqlı edən xüsusiyyətləri isə danışığı sırasında istifadə etdiyi doğru səs tonu, düzgün diksiyası və verilən suallara məntiqli və doğru cavabları olub.
Birləşmiş Ərəb Əmirliklərinin sön dövrlər texnologiya sahəsində atdığı addımlar bölgədəki balansı dəyişəbiləcək səviyyəyə çatıb.
Dünyada ilk süni zəka xidmətinin təsis edən əmirlik bundan öncə isə ilk insansız uçan taksiləri ilə uğura imza atmışdı.
Səudiyyəlilər tərəfindən verilən vətəndaşlıq ölkəyə texnologiya sektoruna gələcək investisiyanın qoyulmasına hədəflənən addımlardan biri kimi dəyərləndirilir.
