Teslanın 2015-ci ilin sonunda Nevada çölünün ortasında inşasına başlanılan 'GigaFactory-1'in yeni görüntüləri internetdə paylaşılmağa başlandı. Drone'lar vasitəsiylə 'GigaFactory-1'in səmadan olan vizualları fabrikin necə böyük olduğunu dəqiq şəkildə göstərir.


Fabrikin hal-hazırda bitmiş hissələri var və o hissələrdə fəaliyyətə başlanılıb. Amma Tesla, fabrikin tam olaraq xidmətə açıq olacağı tarix kimi 2020-ci ili göstərir. Zavod tam olaraq işə başladığı andan etibarən Tesla avtomobillərinin ehtiyac duyduğu batareyaları, batareya hüceyrəsi halından avtomobil batareyası halına gətirəcək inteqrasiya edilmiş bir təsis olacaq. Mexanizmin qurulması tamamlandığında istehsal edə biləcəyi lithium-oil batareya həcmi 2015-ci ildə bütün dünyada edilən istehsaldan çox olacaq.



Videosunu izləmək üçün aşağıdakı link'ə klikləyə bilərsiniz:


https://www.youtube.com/watch?v=CPx__19QGrA



Mənbə: pazarlamasyon