Alman avtomobil brendi Volkswagen yeni istehsal etdiyi model olan Arteon'un təqdimatı üçün görmə əngəlli məşhur fotoqraf Pete Eckert'i seçdi.
Məşhur sənətçi Eckert'in gözləri görmədən necə fotoşəkil çəkə bildiyini göstərən reklam filmində yeni model avtomobilin cizgilərinin fotoşəkil çəkilişinə uyğun olduğu vurğulanır.
Çəkiliş müddətində avtomobilin bütün detallarını tək-tək işıqlandıran Eckert, "sənətim görmə əngəllilər ilə əngəlsizlər arasında bir körpü qurur" deyir.
Grabarz & Partner Hamburg adlı kreatif agentlik tərəfindən hazırlanan reklam filmini Bubbles Film Almaniyada çəkdi.
Videoya baxmaq üçün aşağıdakı link'ə klikləyin:
https://www.youtube.com/watch?v=bNI6bcQ9qyw&t=3s
Mənbə: marketingturkiye