Google və Avropa Kosmos Agentliyi'ndən olan astronavt Thomas Pesquet'in əməkdaşlığı ilə həyata keçirilən layihədə ISS'in panoramik fotoşəkillərlə yaradılmış rəqəmsal tur, Google Maps Street View'a daşındı.



Google-un yeni xidməti sayəsində Beynəlxalq Kosmos Bazası'nda olan bütün 15 modulda gəzinti etmək mümkündür. Həmçinin, Kosmos Stansiyasında görülən cihazların haqqında məlumatlar da əldə etmək mümkündür.



ESA astronavtı Thomas Pesquet kosmos stansiyasının böyüklüyünə vurğu edərək, prosesin heç də sadə olmadığını, yerin cazibə qüvvəsinin olmadığı mühitdə layihənin həyata keçirilməsinin xeyli çətin olduğunu qeyd etdi. Pesquet'in bu yeni layihəsiylə, maraqlananlar bir kosmos stansiyasında olmağın necə hiss etdirdiyini və stansiyada nələr ola biləcəyi ilə əlaqədar fikir sahibi ola biləcəklər. 360-dərəcəlik panaromalar ilə astronavtların məşq və həyatlarını ətraflı olaraq araşdırmaq mümkün olacaq.



ISS'də çəkilən fotoşəkilləri buradan görə bilər, həmçinin kosmos stansiyasını Street View‘da gəzə bilərsiniz.




Mənbə: digitalage