Sonuncu dəfə Yaponyada "Kofe + Sendviç alana piknik örtüyü hədiyyə" kompanyasını edən dünyaca məşhur kofe mağazalar şəbəkəsi olan Starbucks bu dəfə də öz müştərilərinin qəlbini qazanmağı bacarıb. Qeyd edim ki, Starbucks hər nə qədər beynəlxalq bir kofe mağazalar şəbəkəsi olsa da öz marketinq strategiyasını hazırlarkən getdiyi hər ölkənin tarixini, əhalisinin milli dəyərlərini, inanc və adət-ənənələrini nəzərə alaraq öz müştərilərinə kiçik jestlər edərək onları sevindirməyi də unutmur. Bunlara misal olaraq dizaynda və dekorda kiçik tarixi amilləri, kofe avadanlıqları,sənətkarların heykəlləri və başqalarını misal göstərə bilərik. Ancaq sonuncu dəfə Yaponyada açılan yeni mağazası ilə tamamilə yeniliyə gedərək ən böyük jestini etmiş oldu.




Keçən cümə günü (30 iyun 2017) Yaponyanın Honşu adasının mərkəzində yerləşən Kyoto şəhərində 100 illik qədim bir evdə yeni açılan mağaza ilə bütün nəzərləri öz üstünə çəkməyi bacardı. Belə ki, yeni şöbəsini UNESCO Dünya Mirası olan Kiyamizu məbədinin yaxınlığında açan Starbucks tipik qədim Yapon evlərinə bənzəmək üçün bir çox detalı nəzərə alıb:
Qədim bir evdə yerləşdiyi üçün xarici görünüşü;
Girişdə şirkətin logosu olan pərdə;
Tatami stilində dizayn;
Daxildə kimonodan hazırlanmış pərdələr;
Ənənəvi Yapon bağları kimi dizayn olunmuş həyət və s.
İnsanlar bura gəldikdə ayaqqabılarını çıxardıb ipək örtüklü yastıqlarda oturaraq dincələ, kofedən və dizayndan həzz ala bilərlər.